Xankəndindəki separatçı-terrorçu rejim Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin dəstəyi ilə hələ də Ermənistanın nəzarətində qalan Azərbaycan torpaqlarındakı erməni məktəblərinin hərbi rəhbərləri üçün 7 günlük hazırlıq kursu təşkil edib.
Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Separatçı xuntanın qanunsuz “təhsil nazirliyi”nin mətbuat xidmətinin rəhbəri Marı Sardaryan bildirib ki, “çağırışa qədər hərbi hazırlıq müəllimləri üçün treninqlərin məqsədi hərbi hazırlıq fənni tədrisinin keyfiyyətini daha da qaldırmaq, hərbi rəhbərlərin nəinki orta məktəb müəllim və şagirdləri arasında, eləcə də yaşadıqları kənd və şəhərlərdəki nüfuzunu artırmaq, bununla da əhalinin vətənpərvərlik əhval-ruhiyyəsini yüksəltməkdir. Bu da ölkəmiz qarşısında duran vəzifələrin yerinə yetirilməsində köməyimiz olacaq”- erməni nəşrlərinin məlumatında belə deyilir.