Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə aksiyası keçirilib.

Hafta.az-ın yazdığına görə, Sahil qəsəbəsində keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və könüllülər iştirak edib.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması tədbirlər planında nəzərdə tutulub. Bu plana uyğun olaraq Qaradağ rayonunda da ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı işlər görülür.