Qazax rəssamın əsəri Belçika şahzadəsinin kolleksiyasında saxlanılır

10:10 24.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazax rəssam Alpısbay Kazqulovun “Baykonur” tablosu Belçika şahzadəsi Loranın kolleksiyasında saxlanılır.

Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstan Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsi məlumat verib.

Həmçinin, Abılxan Kasteyev adına Dövlət İncəsənət Muzeyinin məlumatına görə, Qazaxıstan rəssamlarının əsərləri xarici incəsənət bazarında, xüsusən Alpışbay Kazqulovun əsərlərinə kifayət qədər tələbat var. Əsərləri digər məşhur şəxsi kolleksiyalardadır. “Kosmosda oyna” tablosu Patrisiya Kaasın şəxsi kolleksiyasında, “Böyük İpək Yolu” tablosu isə Jerar Depardyenin kolleksiyasındadır.

Komitə izah edib ki, “Fərdi məlumatlar və onların mühafizəsi haqqında” Qazaxıstan Respublikasının Qanununa uyğun olaraq rəsmlərin dəyəri kommersiya sirridir.

Fransız ulduzlar Patrisiya Kaas və Jerar Depardyenin şəxsi kolleksiyalarında qazaxıstanlı rəssamların hansı əsərlərinə rast gəlmək olar, bundan əvvəl məlumat verilmişdi.

Xarici muzeylərin və şəxsi kolleksiyaçıların kolleksiyalarında Baxıt Bapişev, Askar Esdauletov, Kamil Mullaşev, Şolpan və Birjan Tuleş, Yevgeni Fridlin, Eduard Kazaryan, Andrey Noda, Marat Bekeyev, Alpısbay Kazqulov, Batuhan Baydeşov, Bakitnur, Rafael Slekenov, Leyla Mahat, Askar Yesenbayev və Jamilya Taken kimi qazax rəssamlarının əsərləri var.