Yazını böyüt
Yazını kiçilt
Novruz bayramı günlərində Qazax rayonun mərkəzində və kəndlərində tibbi spirt və tibbi maska qıtlığı mövcuddur.
Hafta.az-ın əməkdaşı Qazax rayonunda koronovirsla bağlı zəruri ləvazimatların - tibbi maska və tibbi spirtlərin olub-olub olmaması ilə maraqlanıb.
Məlum olub ki, qapalı vitrinlərdə tibbi maskaların qiyməti 20 qəpik olaraq göstərilsə də, tibbi maska satılmır. Aptek işçiləri tibbi maska üçün müraciət edənlərə "yoxdur" cavabı verərək vətəndaşları geri qaytarırlar. Depolarda ancaq litirlik (böyük ölçülü) spirtlərin olduğu vurğulanır.
Tibbi spirtlərin də qiymətində dəyişiklik müşahidə edilmir. Amma rayon mərkəzində bir çox aptekdə tibbi spirt də yoxdur. Buna baxmayaraq rezin və sintetik əlcəklərin bolluğu yaşanır. Qiymətlərində isə heç bir artım yoxdur. Aptek işçiləri tezliklə tibbi maska və spirtlərin gətiriləcəyi vədini verirlər.
Əldə etdiyimiz məlumata görə, kəndlərdə də vəziyyət rayon mərkəzindəki kimidir. Apteklərdə tibbi spirt və maska yoxdur. Məlumat üçün onu da bildirək ki, koronavirusla əlaqədar olaraq evlərdə qeydiyyat və maarifləndirmə işləri aparılıb. Çayxana və ictimai iaşə obyektlər axşam 21:00-dan sonra fəaliyyət göstərmir.