Qazaxıstan Rusiyaya YOX DEDİ

15:02 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan hakimiyyəti Rusiyanın beynəlxalq sanksiyalardan yan keçmək üçün ölkə ərazisindən istifadə etməsinin əleyhinədir, - Respublika xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, ona qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda, biz istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə edilsin”, – Vasilenko Polşanın PAR agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Astananın mövqeyi bütün maraqlı tərəflər üçün “məlum və başa düşüləndir” və həm Rusiyada, həm də Qərbdə anlayışla qarşılanır. Vasilenko vurğulayıb ki, respublika “ikinci dərəcəli sanksiyaların tətbiqini istəmədiyi üçün” sanksiyalardan yayınmamaq üçün bütün lazımi tədbirlər görülür.

O, həmçinin qeyd edib ki, Astana və Moskva arasında ikitərəfli münasibətlərdə “heç bir problem” yoxdur, lakin “fərqli məsələlər” var, çünki iki qonşu dövlətin münasibətləri “çox müxtəlifdir”.

Ləman