Qazaxıstanda koronavirusa daha 1 328 nəfər yoluxub

09:49 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 328 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 947 250 nəfərə, ölənlərin sayı isə 12 225 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 447 nəfər, hazırkı dövrədək isə 899 028 nəfər sağalıb.