Qazaxıstanda koronavirusa daha 1697 nəfər yoluxub

10:20 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 697 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 936 084 nəfərə, ölənlərin sayı isə 12 053 nəfərə çatıb.

 

Bildirilir ki, ötən gün koronavirusdan 2 241 nəfər, hazırkı dövrədək isə 881 124 nəfər sağalıb.