Qazaxıstanda koronavirusa daha 3 081 nəfər yoluxub

10:14 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 081 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 854 742 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 10 611 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 4 763 nəfər, hazırkı dövrədək isə 779 869 nəfər sağalıb.

Oxunma sayı 18