Qazaxıstanın Azərbaycana yeni səfiri təyin olundu – Alim Bayel

09:00 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə Alim Daurenoviç Bayel Qazaxıstannın Azərbaycanda yeni səfiri təyin edilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Akordanın mətbuat xidməti xəbər verib.

Alim Daurenuly Bayel 16 yanvar 1984-cü ildə Jambıl vilayətinin Taraz şəhərində doğulub. Türkiyədə Orta Doğu Texniki Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bitirib, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamlayıb. Cənab Bayel “Bolaşak” proqramının məzunudur.

A.Bayel 2008-2012-ci illərdə özəl sektorda çalışıb. 2012–2014-ci illər ərzində  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, həm də 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru olub. Cənab Bayel 2016-cı ildə Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib. Bundan sonra o, (2016-2018-ci illər) Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Strateji inkişaf şöbəsinin müdiri vəzifələrində işləyib.

Diplomatik müstəvidə 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub. Azərbaycanda fövqəladə və səlahiyyətli səfir postuna təyin olunmazdan öncə Qazaxıstanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışıb.

II dərəcəli fövqəladə və səlahiyyətli diplomatik rütbəyə malikdir.

Qeyd edək ki, Prezident Tokayevin sərəncamı ilə Serjan Abdikarimov Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib.

Siyasət rubrikasından digər xəbərlər