Qazaxıstanlıların 85,52 faizi Tokayevə səs verib

22:55 20.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Astana” telekanalının sifarişi ilə "Amanat" partiyasının nəzdində fəaliyyət göstərən İctimai Siyasət İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, Qazaxıstan vətəndaşlarının 85,52 faizi növbədənkənar prezident seçkilərində Kasım-Jomart Tokayevə səs verib.

Hafta.az xəbər verir ki, "exit-poll"un nəticələri bazar günü onlayn-telemarafon zamanı açıqlanıb.

"Exit-poll"un nəticələrinə əsasən, seçkilərdə seçici fəallığı 67,71 faiz təşkil edib.

Xatırladaq ki, bu gün Qazaxıstanda prezident seçkilərində səsvermə baş tutub.