Qazimiz xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları ilə qayıtdı

21:00 21.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi qazisi Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb.

Hafta.az bu barədə "Yaşat" Fonduna istinadən xəbər verir.

Nurlan Tağıyev 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib. O, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.