Yazını böyüt
Yazını kiçilt
“Qazprom” hazırda yeni bazarlara çıxış axtarır və yaxın gələcəkdə yeni qaz kəməri layihələrinin icrasına başlamağı planlaşdırır.
Hafta.az xəbər verir ki, bunu “Qazprom”un baş direktoru Aleksey Miller “Rossiya-1” telekanalında deyib.
"Əlbəttə, biz yeni bazarlar haqqında düşünürük, çoxlu resursumuz var... Biz artıq çox yaxın gələcəkdə magistral qaz kəmərlərinin tikintisi üzrə yeni iri layihələrin icrasına başlayacağıq”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Asiya bazarı hazırda dünyada ən dinamik inkişaf edən bazardır. “İstehlak həcmi artır və biz bu bazarda Rusiya qazı üçün çox böyük perspektiv görürük”, - Miller vurğulayıb.