Qəlibçi 16 mərtəbəli binadan yıxılaraq öldü

09:54 19.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə hafta.az-a prokurorluqdan məlumat verilib.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.