“Qərb Rusiya ilə əməkdaşlığa dair göstəriş verməməlidir” – Sadır Japarov

10:30 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan prezidenti Sadır Japarov deyib ki, Rusiya ilə əməkdaşlıqdan söhbət gedəndə Qərb dövlətləri Moskvanın tərəfdaşlarına heç bir göstəriş verməməlidir.

Hafta.az-ın yazdığına görə, dövlət başçısı deyib: “Bu, birmənalı şəkildə səhvdir. NATO və ya Avropa İttifaqının üzvü olan Avropa ölkələri var və onlar da Rusiya ilə əməkdaşlıq edirlər”, - deyə Japarov bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya və ya MDB ilə əməkdaşlığı dayandırmaq üçün “danışmamalı, göstəriş verməməli və xahiş etməməlidir. MDB keçmiş SSRİ ölkələrini birləşdirir və biz hamı ilə əməkdaşlıq etməliyik”, - deyə Japarov bildirib.

Bundan əvvəl Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Okilbek Japarov 6-cı Qırğızıstan-Rusiya iqtisadi forumunda respublikanın Rusiya ilə illik ticarət dövriyyəsini 3 milyard dollardan 5 milyard dollara çatdırmağı gözlədiyini bildirmişdi. O, həmçinin qeyd edib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşıdır.