Qətər əmiri İlham Əliyevə məktub YAZDI

17:31 08.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri.


Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm".

Siyasət rubrikasından digər xəbərlər