Yazını böyüt
Yazını kiçilt
Qətərdə beynəlxalq poçt göyərçini yarışması (“Katara One Loft Race”) keçiriləcək. Kattara Mədəniyyət Fondu tərəfindən təşkil ediləcək yarışın ümumi mükafat fondu 205 min ABŞ dollarıdır.
Hafta.az xəbər verir ki, qeydiyyat həm Qətərdən, həm də digər ölkələrdən olan göyərçin yetişdiriciləri və həvəskarları üçün açıqdır. Yarışda iştirak edəcək quşlar iyunun 10-dan avqustun 31-dək Umm Baraka bölgəsində yerləşən yarış qərargahında qəbul ediləcək.
Müsabiqə beynəlxalq səviyyədə tanınan Benzing One Loft Race (OLR) sistemi əsasında keçiriləcək. Bu sistemə uyğun olaraq, bütün göyərçinlər final yarışından əvvəl eyni təlim və yarış proqramından keçəcəklər./“The Peninsula”/