Qətərdə saxlanılan Hindistanın keçmiş 8 donanma personalı edam oluna bilər

10:45 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qətərdə saxlanılan Hindistanın keçmiş donanma personalı ölüm cəzası ilə üzləşə bilər.

Hafta.az-ın "Tribune India"ya istinadən yazdığına görə, 2022-ci ilin avqust ayından Qətərdə həbsdə olan Hindistan donanmasının 8 təqaüdçü zabiti mayın 3-də məhkəmə qarşısına çıxacaq. Məlumata görə, bu 8 nəfər İsrailin xeyrinə casusluqda ittiham olunur. Qətər səlahiyyətliləri Hindistan donanmasının keçmiş əməkdaşlarının İsrailə casusluq etdiyi iddiası ilə bağlı dəlillərinin olduğunu deyirlər.

Təkadamlıq kameralarda saxlanılan keçmiş donanma personalı Qətər donanmasında “Dahra Global Technologies and Consulting Services” xidmətləri üzrə təlim keçib.

Məlumata əsasən, Qətər daha əvvəl Hindistan hakimiyyətinin keçmiş donanma personalının azad edilməsi ilə bağlı tələblərini rədd edib.