Qətərə qarşı hücum ABŞ-a qarşı hücumdur - Rəy

12:06 03.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Qətər dünya əhəmiyyətli təbii qaz yataqları ilə zəngindir. Bununla bərabər Yaxın Şərqdə müəyyən söz sahibinə malikdir. Məhz Qəzza münaqişəsinin həllində vasitəçi və Həmasın liderlərinə sahibliyi edir. ABŞ-ın Qətər dövlətinə təhlükəsizlik orderi verməsi, bu ölkəyə qarşı hücumlar məhz ABŞ-a qarşı hücum kimi qəbul ediləcək".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Ekspert qeyd edib ki, bunu ABŞ Yaxın Şərqdə hərbi və siyasi mövqeyini gücləndirməklə yanaşı, yeni hərbi əməliyyatlar aparmasına hazırlıq kimi qiymətləndirmək olar:

"Qətər Qəzza planında Trampa dəstək verdi. Həmçinin növbəti mərhələdə İbrahim sazişinə qoşulması mümkündür. Qətərdən İsrailə və oradan Aralıq dənizinə qaz kəməri çəkiləcək. İkinci Qaz kəməri Suriya ərazisindən keçməklə Türkiyə üzərindən Avropaya uzanacaq. Qətərin təhlükəsizliyi və müdafiəsi üçün ABŞ prezidenti qollarını çırmaladı. Həmçinin Səudiyyə Ərəbistanının Qətərə mümkün təzyiqlərini neytrallaşdırır. Çünki, Pakistanla Səudiyyə Ərəbistanı arasında nüvə anlaşması Vaşinqtonu narahat edir. Həmçinin İranın Qətər dövləti ilə körfəzdə bir neçə qaz yataqlarına nəzarət etmək üçün problem qalmaqdadır. Ona görə də Qətərin təhlükəsizliyi ABŞ tərəfindən qarantiya alınır".