Qeyri-etik paylaşımlara görə 3 nəfər saxlanılıb

11:01 04.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

Hafta.az xəbər verir ki, araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Müvafiq qərarlarla V.Mahmudova, L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olub, S.Həsənova isə 750 manat cərimə edilib.