Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya cəhdinin qarşısı alınıb

22:51 22.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.