Qəzza sakinlərinə ərzaq paylanması dayandırılıb

23:30 21.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinə ərzaq paylanmasının müvəqqəti dayandırıldığını elan edib.

Hafta.az xəbər verir ki, bu barədə agentlik X sosial səhifəsində yazıb.

“Ərzaq paylanması təchizat çatışmazlığı və təhlükəsizlik səbəbindən dayandırılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, agentliyin 24 tibb mərkəzindən yalnız 7-si açıq qalır. Kerem Şalom və Rəfah keçidlərinin bağlanması səbəbindən agentliyin əməkdaşları son 10 gündə tibbi ləvazimat almayıb.

Öz növbəsində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında İsraili Qəzza zolağına tibbi yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Oxunma sayı 118