Qida Təhlükəsizliyi İnstitutu baytar həkimləri Bakıda və bölgələrdə işə dəvət edir

16:24 16.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi İnstitutu baytar həkimləri Bakı və bölgələrdə işə dəvət edir. Namizədlərdən müvafiq sahə üzrə ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

İnstitutdan hafta.az-a verilən məlumata görə, namizədlər baytarlıq sahəsində qanunvericiliyi, heyvan mənşəli xammal və məhsulların baytarlıq-sanitariya ekspertizasının aparılması qaydalarını bilməli, müvafiq inzibati ərazi vahidinin iqtisadi potensialı haqqında məlumata sahib olmalıdırlar.

Namizədlər üçün yaş həddi 45 yaşa qədərdir.

İşə qəbul vaxtı magistratura təhsili olan namizədlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunmaqdır.

İşə qəbul müsahibə əsasında aparılacaq. Namizədlər CV-lərini mövzu yerinə “Baytar həkim” yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Göstərilən tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləndən sonra müsahibəyə dəvət olunacaqlar.

Əlaqə nömrəsi: (+994 12) 377-00-20 (daxili: 530).