Qida Təhlukəsizliyi Agentliyi tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - Rəsmi

11:58 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

Agentlikdən hafta.az-a verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir:

"Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".