Qırğızıstanın Milli Statistika Komitəsi ölkə əhalisi ilə bağlı yenilənmiş məlumatı təqdim edib.
Hafta.az-ın yazdığına görə, bu barədə 24.kg məlumat yayıb.
Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlindən əhalinin sayı 91,7 min nəfər və ya 1,3 faiz artıb. Oktyabr ayına olan məlumata görə, əhalinin sayı 7 milyon 254 min nəfərdir.
Yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 107,9 min körpə doğuluşu və 24,2 min nəfər vəfat etmiş şəxs qeydiyyata alınıb. Əhalinin təbii artımı 83,7 min nəfər olub.
Artımın ən yüksək səviyyəsi Botken, Oş və Cəlalabad vilayətlərində qeydə alınıb. Ən aşağı göstərici Bişkek və İssık-Kul bölgəsindədir.
Xatırladaq ki, Qazaxıstan əhalisinin sayı 2024-cü il mayın 1-nə 20 milyon 118 min 478 nəfərə yüksəlib. İyulun 1-nə Özbəkistanın daimi əhalisinin sayı 37 milyon 134 min 200 nəfər olub. Bildirilib ki, ölkə əhalisinin sayı hər gün 1,8 min nəfər artır.