Qırğızıstanda koronavirusa yoluxanların 134-ü tibb işçisidir

12:31 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda koronavirusa yoluxanların sayı 48 nəfər artaraq 554-ə çatıb. Xəstələrin 134-ü tibb işçiləridir.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. Bildirilib ki, indiyədək 133 xəstə sağalaraq evə buraxılıb.

Koronavirusa yoluxan 5 nəfər həyatını itirib, 16 nəfərin vəziyyəti ağırdır, onların 9-u reanimasiya şöbəsinə yerləşdirilib.