Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Hafta.az yazır ki, görüşdə icra hakimiyyətinin məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri, ümumilikdə 120-dən çox qəsəbə sakini iştirak edib.
Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Daha sonra sakinlərdən 12 nəfəri İcra hakimiyyətinin başçısı S.Mikayılov tərəfindən fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə həll edilib, vaxt tələb edənlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra sakinlərə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.