Qorbaçov uzaqgörən insan olub - Bayden

11:10 31.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Co Bayden keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Hafta.az rus mətbuatına istinadən xəbər verir ki, Bayden yazılı bəyanatında Qorbaçovun başqa gələcək naminə öz karyerasını riskə atan nadir liderlərdən olduğunu bildirib.

Ağ ev rəhbərinin sözlərinə görə, bu addım daha təhlükəsiz dünyanın qurulması və milyonlarla insanın azadlığı ilə nəticələnib.

O, Qorbaçovun uzaqgörən insan olduğunu da vurğulayıb.