Qubad İbadoğlunun müşaviri həbs edildi

21:49 10.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik yenidən həbs edilib.

 

Hafta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.

 

H.Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.

 

Qeyd edək ki, R.Məlikə 3 ay əvvəl də 20 sutka inzibati qaydada həbs cəzası verilmişdi.