Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən hafta.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Xidmətin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
31 yanvar tarixində sərhədçi istehkamçılar tərəfindən Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib.