Qubernator koronavirusa yoluxdu

13:28 15.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın şimalında yerləşən Para ştatının qubernatoru Elder Barbalo COVID-19-a yoluxub. Onun üçüncü dəfə verdiyi koronavirus testi müsbət çıxıb.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, qubernator bu barədə öz "Twitter" hesabında yazıb.

E.Barbalo bildirib ki, hazırda özünü yaxşı hiss edir, xəstəlik simptomlar olmadan davam edir.

Qeyd edək ki, ötən gün Rio-de-Janeyro şəhərinin qubernatoru Uilson Uitsel də koronavirusa yoluxduğunu, səlahiyyətlərinin icrasını evindən davam etdirdiyini söyləyib.