Qulaqlarını bəyənməyən tələbə özünü öldürdü

10:10 15.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 2003-cü il təvəllüdlü Əli Quliyev yaşadığı evdə özünü asıb.

 

Hafta.az-ın məlumatına görə, intihar edən 19 yaşlı oğlan Azərbaycan Tibb Universitetinin tələbəsidir.

 

Bir dəfə estetik əməliyyat keçirən Əli Quliyev nəticədən razı qalmayıb. Oxu.az-ın məlumatına görə, həkimlər ikinci  əməliyyata icazə verməyiblər.

 

Bu səbəbdən o, özünü öldürmək qərarına gəlib.

 

Faktla bağlı araşdırma aparılır.