Qurban bayramına sayılı günlər qalmış qurbanlıq böyükbaş və kiçikbaş heyvanlar bazarında da fəallıq artıb.
Hafta.az-ın yazdığına görə, qardaş ölkə Türkiyənin Tekirdağ bölgəsində builki Qurban bayramına damğa vuracaq alğı-satqı gerçəkləşib - Hıdırağa məhəlləsində qurulmuş bazarda 1075 kiloqram ağırlığında "Kral" adlı öküz 135 min lirəyə alıcı tapıb.
Fermer Aykut Akbaş Qurban bayramı öncəsi bələdiyyənin hazırladığı heyvan bazarında qurbanlıq heyvanların satışına başladıqlarını bildirib. "Kral" adlandırdığı 1075 kiloqramlıq öküzü böyütdüyünü ifadə edən Akbaş, "Qurban bazarında fəaliyyət başladı. Bazarın ən böyük öküzünü 135 min lirəyə palet işi görən bir şirkətə satdıq. Çox yaxşı bazarlıq oldu. İnşallah öküz Qurban bayramında kəsiləcək. Heyvan hazırda bizdədir, bayram səhəri sahibinə çatdıracağıq” deyib.