Qusarda ər arvadını öldürüb

09:56 31.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda qətl hadisəsi baş verib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Piral kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Fariq Mollayev 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.


Qətli törətməkdə şübhəli bilinən F.Mollayev saxlanılıb.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.