Rayan Reynolds kassadakı uğursuzluğundan danışıb

09:25 25.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Rayan Reynolds “2025 Time 100 Summit”də superqəhrəmanları təsvir etmək təcrübələrindən və biznes təşəbbüslərindən danışdı.

Hafta.az-ın yazdığına görə, daha əvvəl “Time” jurnalının “Dünyanın ən nüfuzlu 100 insanı” siyahısına daxil olan məşhur aktyor qatıldığı paneldə “Time”nin müxbiri Eliana Doktermanın suallarını cavablandırıb. O, özünün kino və televiziya istehsalı şirkəti olan Maximum Effort-un yaradılması prosesindən və aktyorluq karyerasının onu sahibkarlığa necə aparmasından danışıb.

2011-ci ildə çəkilmiş “Green antern” filmi (hər ikisi tənqidçilərdən pis rəylər alan və kassada uğursuzluqla nəticələnən) haqqında suala Reynolds cavab verib ki, bu təcrübə onun üçün böyük dərs olub. Reynolds, "Mən bu filmdə öyrənə biləcəyim ən dəyərli yaradıcılıq dərslərindən bəzilərini öyrəndim. Mən effektlərə və başqa şeylərə böyük büdcələrin xərcləndiyini görmüşəm. Və bir anda düşündük: “Niyə insanların danışıq tərzi kimi əyləncəli bir dialoq səhnəsi yazmırıq? Hansı ki, bunun heç bir xərci yoxdur" deyə təklif etdim” deyib.

O, bu prosesdən öyrəndiyi ən mühüm dərsin “tamaşadan çox xarakterə diqqət yetirmək” olduğunu vurğulayıb.

48 yaşlı Reynolds da həyatında ən böyük supergücün "özünü tanımaq" olduğunu söyləyib.

Maximum Effort indiyə qədər “Deadpool” seriyası, “Free Guy”, “Imaginary Friends” və “Shotgun Wedding” kimi filmlər istehsal edib. 2024-cü ilin iyulunda nümayiş etdirilən “Deadpool & Wolverine” 18 yaş və yuxarı tamaşaçılar üçün bütün zamanların ən çox gəlir gətirən filmi olub.

Panelin sonunda Dokterman Reynoldsdan “Deadpool”un potensial “Avengers” filmində görünüb-görməyəcəyini soruşub. Reynolds bu suala yüngül təbəssümlə "Bəli" cavabını verib və sonra “Deadpool”un çəkilişindən söz açıb.

2009-cu ildə “X-Men Origins: Wolverine” filmində personajın zəif qəbul edilməsinin nəticələrini xatırladan Reynolds deyib: "Bütün bu film Disneyin Fox satın alması üçün bir alleqoriya kimi idi. Mən onlara 18 fərqli film ideyası təqdim etdim".