Rəsmi Kiyevdən Simonyana cavab: "Oksanalarımız ərlərinizin it məzarına tüpürəcəklər"

13:30 05.11.2022
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Rusiyanın başda Marqarita Simonyan olmaqla bütün rus təbliğatçılara xitabən deyib ki, Ukraynanın suveren ərazisinə göz dikən bütün işğalçıların boyunları ukraynalılar tərəfindən sındırılacaq. 

Hafta.az-ın məlumatına görə, cənab Danilov bu barədə öz Facebook səhifəsində yazıb. O qeyd edib ki, sitat: Simonyan, diqqətlə oxu və qulaq as: mən sənə gələcəyin real mənzərəsini çəkəcəm, hərçənd ki, ağlını itirmiş kəlləndə maariflənməyə ümid yoxdur.

"Bizim cazibədar Oksanalarımız Ukrayna torpağının gözəlliyini heyranlıqla seyr edərək, onlarla yatmış olan qorxudan donmuş gözlərlə sonsuzadək donmuş qalacaq ərlərinizin it məzarlarına tüpürəcəklər.  Başqırd, Ryazan, Yakut və başqa dul qadınlar isə “20 yaşında qəbirləri qazılan” ərlərinin və oğullarının dəfn mərasimində odlu göz yaşları tökəcəklər", - yazıb cənab Danilov. 

Təhlükəsizlik Şurasının katibi Marqarita Simonyana və onun kimilərə üz tutaraq qeyd edib ki, o zaman ukraynalılar rus və rus heyvanlarına həsr olunmuş bir mahnı oxuyacaq:

“Allahdan cəhənnəmi istəsən,

sənin ölümün asan olmayacaq, 

Və hətta ölümdə belə rahatlıq tapa bilməyəcəkən".

Cənab Danilov daha sonra yazıb: "Biz, şübhəsiz ki, qələbəmizə və iyrənc rus quruluşunun əbədi istirahətinə içəcəyik ki, bu üfunətli rus torpağı heç vaxt Ukraynaya tərəf baxmağa cəsarət etməsin, çaxnaşma və isterik ağrılardan ölüb, Ukrayna çöllərinin dəhşətini xatırlasın”.

Qeyd edək ki, Aleksey Danilov Rusiya Federasiyasının parçalanma və dağılma ilə üz-üzə qaldığına əmin olduğunu bildirib. 

Noyabrın 4-də erməni əsilli rus təbliğatçısı Marqarita Simonyan sosial şəbəkələrdə yazıb ki, “gün gələcək, ruslar yenə qonaqpərvər, şən və işıqlı Kiyevə gələcək, rus kişilər isə qara qaşlı Oksanaya baxaraq boyunlarını çevirəcəklər".

Siyasət rubrikasından digər xəbərlər