Restoranda oğurluq olub

12:08 20.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda restorandan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində evlərin birindən 800 manat dəyərində naqil və boru, fəaliyyət göstərməyən bir restorandan isə 2350 manat dəyərində qapı və pəncərələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.