Roma Papası Prezident İlham Əliyevi təbrik edib

15:57 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. 

Hafta.az-ın xəbərinə görə, təbrikdə deyilir:  

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".