Romantik serialın yeni sezonu 4 gündə tarix yazdı

09:38 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Romantik “Bridgerton” serialı yeni mövsümü ilə tam dövrə vurub.

Hafta.az-ın “Variety”ə istinadən yazdığına görə, What's On Netflix-ə əsasən, “Bridgerton” yayımlandıqdan cəmi 4 gün sonra şokedici 45,1 milyon baxışa çataraq tarix yazdı.

Məşhur romantik serialın üçüncü sezonunun ilk bölümü 4 gündə 165 milyon saatdan çox izlənilib. Bunun 45,10 milyon baxışa uyğun gəldiyi bildirilib.

Netflix, ilk 4 gündə izlənilmələri "sadəcə başlanğıc" olaraq xarakterizə edib və "gələcək daha çox şey olacaq" deyib.

Yayım nəhənginin press-relizində aşağıdakı ifadələr yer alıb: “Shonda Rhimes-in “Bridgerton” serialının üçüncü mövsümünün ilk bölümü 45,1 milyon baxışa çataraq ingilis serialları siyahısına bir nömrə daxil olub. Nikola Koughlan və Luk Nyutonun baş rollarda çəkildiyi serial 78 ölkədə bir nömrə, 92 ölkədə isə ilk 10-da idi və bu hələ başlanğıcdır".

Açıqlamada serialın üçüncü sezonunun ikinci bölümünün iyulun 13-də yayımlanacağı da qeyd olunub.

İkinci sezon 2022-ci ildə ekranlara çıxanda 8 seriyası ilə dünya üzrə cəmi 193 milyon dəqiqə izlənilib.

Nikola Koughlanın Penelop Fizerington və Luk Nyutonun Kolin Bridgerton rolunda qayıtdığı üçüncü mövsüm, yaxın günlərdə də baxış siyahılarında üstünlük təşkil etməyə davam edəcək.

Oxunma sayı 173