Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək

08:09 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibi Marko Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcəyini bildirib.

Hafta.az xəbər verir ki, o, bu barədə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

Marko Rubio Tramp administrasiyasının ABŞ-ın Mərkəzi Asiya respublikaları ilə ticarətini məhdudlaşdıran “Cekson-Venik” düzəlişinin ləğvini dəstəklədiyini təsdiqləyib:

"Biz inanırıq ki, bu, faydalı olardı".