Rubl ucuzlaşır, inflyasiya sürətlə artır

09:15 28.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada rublun kəskin ucuzlaşmasından sonra əvvəlki dövrlə müqayisədə inflyasiyada “sürətli” artım başlayıb. Dövlət Statistika Xidmətinin (Rosstat) və İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 18-24 iyul həftəsində istehlak qiymətlərində 0,23 faiz artım qeydə alınıb.

Hafta.az-ın yazdığına görə, əvvəlki üç həftədə qiymətlər müvafiq olaraq 0,18 faiz, 0,14 faiz və 0,13 faiz artmışdı.

May ayında 3 faiz olan illik inflyasiya bu dövrdə 4,2 faizə yüksəlib. İyun ayı ərzində 0,37 faiz olan inflyasiya, iyulun ilk üç həftəsində 0,6 faiz olaraq qeydə alınıb.

Rusiyada iyunda dolların məzənnəsi 10,5 faiz, avronun məzənnəsi isə 13 faiz artıb.

Son bir həftədə inflyasiyanın artımı əsasən qeyri-ərzaq məhsulları hesabına baş verib. Bu kateqoriya üzrə inflyasiya 1,7 dəfə artaraq 0,41 faiz təşkil edib.