Rus filmlərinə yer açmaq üçün "Pirat nümayişlər" ləğv edildi

09:51 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada kinoteatrlar pirat nümayişləri proqramlarından çıxarmağa başlayıblar.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Rusiya distribütor şirkətlərinin ultimatumundan sonra teatrlar pirat filmlərdən imtina etməyə başlayıblar.

“Yandex Poster”in verdiyi açıqlamaya görə, “Dune 2” filmi Moskva və Sankt-Peterburqdadakı kinoteatrların proqramlarından çıxarılıb.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra Qərbin əsas film provayderləri bazardan geri çəkiliblər. Bununla belə, bəzi kinoteatrlarda "sessiya öncəsi xidmət" adı altında “Barbie”, “Oppenheimer” və “Dune” kimi məşhur filmlərin pirat nüsxələri göstərilirdi. Bu təcrübəyə görə, promosyonlara naməlum qısametrajlı film daxil edilib, lakin ekranda məşhur Amerika filmi nümayiş olunub.

Son aylar Moskvada ən çox tamaşaçı toplayan əsərlər belə “qısametrajlı filmlər” olub.

RBC xəbər verir ki, Kinoteatrlar Assosiasiyası aprelin 18-dən mayın 12-dək rus filmlərinə dəstək üçün “sessiyaqabağı xidmət” göstərməməyə çağırıb. Rusiyanın bəzi aparıcı distribütor və prodüser şirkətlərinin bununla bağlı kinoteatrlara ultimatum verdiyi də öyrənilib.

Distribyutorlar pirat nümayişlər çıxarılmasa, qanuni filmləri kinoteatrlara buraxmayacaqları ilə hədələyiblər. RBC yazır ki, rusiyalı distribyutorlar tamaşaçıları cəlb etmək üçün həmin tarixlərdə “Sto let tomu vperyod” (İndi yüz il sonra) filminin pirat nümayişinin qarşısını almağa çalışıblar.

Qəzet onu da yazıb ki, eyni səbəbdən Mədəniyyət Nazirliyi Qay Ritçinin son filmi olan “Uğursuz Müharibə Nazirliyi”nin nümayişinə icazə verməyib.

Oxunma sayı 210