Rus hərbçiləri ukraynalı əsgərin başına bu oyunu açdılar - DƏHŞƏTLİ CİNAYƏT

15:33 29.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rus kamuflyajlı bir qrup şəxs Ukrayna hərbçilərini xədim edərkən çəkilən qan donduran kadrlar yayımlayıb və Kiyevdə böyük qəzəb doğurub. Tədqiqatçılar videonun böyük ehtimalla real olduğunu bildirsələr də, ukraynalı deputat İnna Sovsun “Bunun əvəzini Rusiya ödəməlidir” deyib.

Hafta.az xəbər verir ki, Rus əsgərlərinin Ukrayna vətəndaşlarına və əsgərlərinə işgəncə verməsi ilə bağlı iddialar və görüntülər indiyədək tez-tez qəzet manşetlərində yer alıb. Lakin ortaya çıxan yeni video Kiyevdə böyük hiddətə səbəb olub.

Tam olaraq nə vaxt və harada çəkildiyi bəlli olmayan kadrlarda rus kamuflyajlı bir qrup şəxsin Ukrayna əsgərlərini kastrasiya etdiyi görünür. Qan donduran videoda görünür ki, ruslar əllərində bıçaqla yerdə yatan əsgərə tərəf dönürlər. Görüntüdəki əsgərin sonrakı taleyi məlum olmasa da, onun təcili tibbi yardım olmadan xilas olması ehtimalının az olduğu düşünülür.

Müstəqil araşdırma təşkilatı Bellingcat-dan tədqiqatçı Aric Toler The Times-a bildirib ki, video böyük ehtimalla realdır və izah edib ki, Severodonetsk şəhərinin ələ keçirilməsindən qısa müddət sonra Rusiya dövlət mediasında bəzi rus əsgərləri görülüb.

İnternet istifadəçiləri indi bədbəxt Ukrayna əsgərini və ona işgəncə verən rus əsgərlərini müəyyənləşdirməyə çalışırlar. Sosial şəbəkələrdə bəzi istifadəçilər sözügedən kamuflyajların çeçenlərə aid olduğunu, bəziləri isə əsgərlərin Rosqvardiya bölməsindən olduğunu iddia edib.
Dəhşətli görüntülərə Ukraynadan reaksiya gecikməyib. Ukrayna parlamentinin deputatı İnna Sovsun görüntüləri yerləşdirən ilk məmur olub və sosial media hesabında "Rus nasistləri Ukrayna əsgərinə etdiklərinin əvəzini ödəməlidir. Bu kabusu tamamilə dayandırmaq üçün bizə lazım olan silahları verin. Dünya bunu edə bilər" mesajını yayıb.