Ukrayna 2014-cü ildə Rusiyanın nəzarətinə keçən Krımda pilotsuz təyyarələr və raketlərlə silsilə hücumlar həyata keçirir. Ukraynanın bölgədəki Rusiya hədəflərini necə vurduğu günlər sonra üzə çıxıb.
Hafta.az bildirir ki, İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, Ukrayna Müdafiə Nazirliyi Krımda Rusiya hava hücumundan müdafiə sistemlərinin bölgədə tətildə olan bir rus turist sayəsində aşkar edildiyini açıqlayıb.
S-400 sistemləri qarşısında sözügedən turistin pozasını dərc edən nazirlik, adı açıqlanmayan şəxsin məkan məlumatı da daxil olmaqla, bu şəkli sosial mediada paylaşdığını bildirib.
Daha əvvəl bölgədəki turistləri 'evə get' çağırışı edən nazirlik, sözügedən turistə təşəkkür edib:
“Bəlkə biz rus turistlərə qarşı çox sərt davranırıq. Bu adam həqiqətən bizə kömək etdi”.
Naməlum rus turistin bu paylaşımı Rusiyada da böyük əks-səda doğurub. Bir çox sosial media istifadəçisi kişinin bu fotonu məkan məlumatı ilə paylaşmasını “axmaqlıq” kimi şərh edib.