Rusiya İran İHA-larından Ukraynaya qarşı İSTİFADƏ ETMƏYƏ BAŞLADI

10:55 13.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İrandan aldığı "Şəhid-136" pilotsuz uçuş aparatlarından müharibədə Ukrayna ordusuna qarşı istifadə etməyə başlayıb.

Hafta.az-ın Ukrayna mediasına istinadən yazdığına görə, ukraynalılar tərəfindən vurularaq salınmış İran İHA-sının qalıqları nümayiş etdirilib. 

Qeyd edək ki, fevralın 24-də Ukraynanı işğal etmək üçün müharibəyə başlayan Rusiya pilotsuz uçuş aparatları almaq üçün İrana üz tutub.

“New York Times” qəzetinin İran və ABŞ mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, “Muhacir-6” pilotsuz uçuş aparatı və “Şahed” seriyasından olan müxtəlif İHA-lar artıq Rusiyaya gətirilib. Hesab olunurdu ki, Rusiya qısa müddətdə bu İHA-lardan döyüşlərdə istifadə etməyə başlaya bilər. Plana əsasən, həmin İHA-lardan havadan-yerə nöqtə hücumları, elektron müharibə və kəşfiyyat məqsədləri üçün istifadə olunacaq.

Mütəxəssislərin fikrincə, "Şahed" seriyasından olan İHA-ların Ukraynada gedən müharibədə iştirakı Qərbin İrana qarşı sanksiyalarını artırmaq üçün ciddi səbəb verəcək.