Rusiya altı ayda neft və qazdan BU QƏDƏR QAZANIB

15:45 06.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı müharibənin altı ayında Rusiya enerji ixracından 158 milyard avro gəlir əldə edib.

Hafta.az bildirir ki, Finlandiyanın Enerji və Təmiz Havanın Öyrənilməsi Mərkəzinin (CREA) hesabatında belə qənaətə gəlinir. Hesabata görə, Rusiya ixracının 54%-i Aİ-nin payına düşüb ki, bu da pul ifadəsində 85 milyard avro təşkil edib.

İyunun əvvəlində Avropa İttifaqı dekabr ayından etibarən Rusiya neftinin idxalını demək olar ki, tamamilə dayandırmağa razılaşıb və Kremlin Aİ-yə qarşı enerji müharibəsi fonunda Rusiya qazının tədarükü tarixi minimuma düşüb.