Rusiya bəzi ölkələrdə yeni səfirliklər açır

11:12 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda bəzi ölkələrdə yeni səfirlik və konsulluqların açılacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Rusiya XİN-dən verilən açıqlamada qarşıdakı həftələrdə müxtəlif ölkələrdə iki yeni səfirlik və beş baş konsulluq açılacaq.

Səfirliklər Burkina Faso və Ekvatorial Qvineyada açılacaq. Rusiyanın Baş konsulluqları Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Mali) şəhərlərində fəaliyyət göstərəcək.

Rusiya dost ölkələrdə yeni institutlar açmağa davam edəcək.

2023-cü ilin iyulunda İkinci Rusiya-Afrika Sammitinin plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bir sıra Afrika ölkələrində diplomatik nümayəndəliklərini bərpa etmək və ya yenilərini açmaq, habelə bəzi mövcud diplomatik nümayəndəliklərdə işçilərin sayını artırmaq planlarını açıqlamışdı.