Rusiyanın hücum xarakterli bioloji silah proqramı var. Rusiya mətbuatı yazır ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas Konqresə məruzəsində bildirib.
Onun sözlərinə görə, Rusiya 1975-ci ildə bakterioloji (toksin) silahların hazırlanması, istehsalı və ehtiyatının yığılmasına qadağa qoyulması haqqında konvensiyanı pozaraq hərəkət edir. .
"Belə texnologiyaların ikili istifadə texnologiyaları olması mülki tibbi tədqiqatlar və bioloji silahların inkişafı arasında fərq qoymağı çətinləşdirir, həmçinin təhlükəli biomaterialların qəsdən sızması riskini artırır" deyib rəsmi.
Alejandro Mayorkas bildirib ki, Vaşinqton bu cür fəaliyyətləri diqqətlə izləyir və zaman keçdikcə “bu tendensiyaların ölkə ərazisi üçün artan təhlükə kimi görünə biləcəyini” istisna etmir. Onun sözlərinə görə, Moskva ABŞ-da diplomatik strukturlar adı altında təqdim edilən kəşfiyyat agentləri şəbəkəsini də saxlayır.