Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulevin Rusiyanın Qazaxıstana hücumuna hazırlığından bəhs edən səsli mesajı internetə sızıb.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, səs yazısı Rusiyanın “VChK-OGPU” telegram-kanalında yayımlanıb.
Andrey Qurulev Rusiya Dövlət Dumasının Müdafiə Komitəsindən olan həmkarlarına səsli mesajlar göndərib və orada Ukraynadan sonra Rusiyanın Qazaxıstana hücum edə biləcəyini və artıq “uyğun qərar” olduğunu bildirib.
“Ukraynaya təcavüzün nəticələrini yaxşı görən qazaxlar növbədə onların olmasından çox narahatdırlar... Amma onlar növbəti olacaqlar... prinsipcə, düşünürəm ki, artıq bu haqda qərar verilib”, - deyə Qurulev bildirib.
Xatırladaq ki, Qazaxıstanda Rusiyanın təcüvüzündən ehtiyat edirlər. Rusiyanın Ukraynadakı müharibəsi fonunda Moskvaya münasibət pisləşir.