Rusiya Çinlə kamikadze dronların tədarükü ilə bağlı danışıqlar aparır

12:37 24.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya 100 dron almaq üçün Çin istehsalçısı ilə danışıqlar aparır. Bu barədə “Der Spiegel” konkret mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Çinin dron istehsalçısı “Xian Bingo Intelligent Aviation Technology” şirkəti 35-50 kq ağırlığında döyüş başlığı daşıya bilən ZT-180 pilotsuz təyyarəsinin 100 prototipini istehsal etməyə hazır olduğunu bildirib. Dronlar aprel ayına qədər Rusiyaya çatdırıla bilər.

Der Spiegel həmçinin bildirir ki, Bingo Rusiyada ayda 100-ə qədər pilotsuz uçan aparat istehsal edə bilən İHA istehsalı sahəsinin yaradılmasına kömək etmək planlarına malikdir.