Rusiya generalları öz hərbçi qohumlarını Ukraynaya yox, Suriyaya göndərməyə çalışırlar…

19:05 12.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya silahlı qüvvələrinin ali hərbi rəhbərliyinin nümayəndələri Rusiya ordusunda xidmət edən qohumlarını Ukraynaya qarşı müharibəyə cəlb etməməyə çalışırlar.

Hafta.az xəbər verir ki, “GORDON” nəşrinin yazdığına görə, bu barədə iyulun 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"İşğalçılar Xerson vilayətinin ərazisində yeni briqada səviyyəli hərbi hissə yaradaraq Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini saxlamağa çalışırlar. Zabit vəzifələrinin Rusiya silahlı qüvvələrinin zabitləri hesabına komplektləşdirilməsi nəzərdə tutulur. Lakin bu, mümkün ezamiyyətdən imtina edən və ailələrini müharibə zonasına yaxın yerlərə daşımaq istəməyən namizədlərin açıq narazılığına səbəb olur”, - deyə məlumatda bildirilir.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya generalları Suriyanı xidmət üçün “daha ​​təhlükəsiz” yer hesab edirlər.

“Rusiya Silahlı Qüvvələrinin 38-ci zenit-raket briqadasında 26-dan çox hərbçi qondarma “xüsusi əməliyyat”da iştirakdan imtina etdiyi üçün işdən çıxarılıb. Onların hamısının hərbi sənədlərində ”“vətən xaini” yazılıb” , - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib.